CƏMİYYƏT


Qubada 3,3 bal gücündə zəlzələ olub

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Quba rayonu ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkanlar yerli vaxtla saat 01:43:13-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.