REGİONLAR


Qubada 48 yaşlı qadın itkin düşüb

Quba, 30 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada 48 yaşlı rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Amsar kənd sakini Güləbətin Zəkiyeva oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, psixi problemlərdən əziyyət çəkir.

Güləbətin Zəkiyevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (023 335-35-11; 335-43-02 şəhər nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.