REGİONLAR


Qubada 80 yerlik modul tipli məktəb yanıb VİDEO

Quba, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Zıxır kəndində modul tipli məktəbdə yanğın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 1-i gecə saatlarında baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə veriləm modul məktəb tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə yanğın qısaqapanma səbəbindən baş verib.

Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub.

Qubanın Rük inzibati ərazi dairəsinə aid olan Zıxır kəndi rayon mərkəzindən 40 kilometr məsafədə yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.