ELM VƏ TƏHSİL


Qubada “Dövlət qulluğunda etik davranış” mövzusunda təlim

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə Quba rayonunda “Dövlət qulluğunda etik davranış” mövzusunda təlim keçirilir.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, təlim Avropa Şurası/Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinə uyğun olaraq reallaşdırılır.

Təlimdə ümumilikdə 30 nəfər - mərkəzi icra hakimiyyəti orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika, Kənd Təsərrüfatı, Maliyyə, Gənclər və İdman, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarından Quba, Siyəzən, Qusar, Xaçmaz rayon icra hakimiyyətlərində, rayon (şəhər) məhkəmələrindən Şabran, Siyəzən, Xızı, Qusar, Xaçmaz rayon məhkəmələrində qulluq keçən dövlət qulluqçuları, həmçinin Quba və ətraf rayonlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.

Tədbirdə DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və Avropa Şurasının Bakı ofisinin layihə rəhbəri Teodora Lukoviç mövzunun əhəmiyyətindən danışıblar.

V.Əsgərov, eyni zamanda, “Azərbaycanda etika və yaxşı idarəçilik” və “Azərbaycanda anti-korrupsiya tədbirlərinin məqsədləri” mövzularında təqdimatlarla çıxış edib.

Təlim “Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dövlət idarəetmə təşkilatları üçün strategiyası”, “Dürüstlüyün idarə olunması və antikorrupsiya (rəhbərlik və insan resurslarının idarə olunması)” və digər mövzular üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.