CƏMİYYƏT


Qubada “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Şimal regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Quba rayonu Çartəpə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə slayd və videoçarxların müşayiəti ilə təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması yolları barədə danışılıb. Həmçinin fövqəladə hallar baş verdikdə zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb.

Bundan başqa, tədbirdə ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə də məlumat verilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.