HEYDƏR ƏLİYEV - 100


Qubada “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

Qubada “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

Quba, 29 mart, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Xaçmaz regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qubada “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev “Heydər Əliyev və insan hüquqları” mövzusunda məruzə ilə çıxış edib. Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının müdafiəsində misilsiz xidmətləri, bu sahədə qəbul edilmiş normativ sənədlər, dövlət proqramları barədə məlumat verilib. Qeyd olunub ki, demokratiya, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslara söykənən siyasət bu gün də uğurla davam etdirilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.