CƏMİYYƏT


Qubada “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda təlim keçirilib

Bakı, 24 may, AZƏRTAC

Qubada Dövlət Miqrasiya Xidməti (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) təşkilatçılığı ilə “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda təlim keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Xidmətin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova qurum tərəfindən qaçqınların, sığınacaq axtaran şəxslərin hüquqlarının həyata keçirilməsi, müraciətetmə qaydaları, müraciətlərin araşdırılması proseduru, sığınacaq axtaran şəxslərin himayə olunması barədə ətraflı məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd sığınacaq məsələləri ilə bu və ya digər formada əlaqəsi olan hüquq-mühafizə orqanları işçilərinin məlumatlılığının artırılması, qaçqınlar və sığınacaq axtaran şəxslərlə bağlı əməkdaşlığın gücləndirilməsidir.

BMT QAK-ın Hüquq şöbəsinin müdiri Octavian Mohorea ötən illər ərzində Azərbaycanda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması sahəsində görülən işlər, bu sahədə DMX ilə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb, qurumun fəaliyyəti barədə danışıb.

Sonra DMX-nin və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları təqdimatlarla çıxış edərək Azərbaycanda qaçqın məsələləri və bu sahəni tənzimləyən qanunvericilik aktları, vəsatətlərin qəbul edilməsi və baxılması qaydaları, qaçqın statusunun müəyyənləşdirilməsi üçün prosedurlar və meyarlar, qaçqın statusuna dair konvensiya və protokol, sığınacaq axtaran şəxslərin müraciətlərinin yönləndirilməsi prosedurları barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.