CƏMİYYƏT


Qubada YAP-ın gənc fəalları ilə görüş keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Quba rayonunda Partiyanın fəal gəncləri ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclərin partiyanın işinin aparılmasında əsas hərəkətverici qüvvə olduğunu vurğulayan Bəxtiyar İslamov bu istiqamətdə Partiyanın sıralarında olan gənclər arasında əlaqələr daha da təkmilləşdirilərək yüksək səviyyədə qurulmalı olduğunu qeyd edib. Eyni zamanda, gənclərimiz öz əhatə dairələrini daha da genişləndirərək partiyanın fəaliyyətinin YAP üzvü olmayan gənclərə də çatdırmalıdırlar.

Ali təhsil müəssisələrində təhsil alan gənclərin YAP Gənclər Birliyinin fəaliyyətində yaxından iştirak etməsi üçün səmərəli işlərin görüldüyünü diqqətə çatdıran B.İslamov bununla bağlı yeni addımların atılacağını bildirib.

B.İslamov qeyd edib ki, bu gün ölkəmizə qarşı daim informasiya hücumları aparılır, bundan ən çox təsirlənən məhz gənclərdir. YAP Gənclər Birliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz Azərbaycan gənclərinin bu təsirlərə məruz qalmasının qarşısı almaqdır.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.