REGİONLAR


Qubada “Yaşıl teatr”ın təmirinə başlanılıb

Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC

Qubadakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən “Yaşıl teatr”ın təmirinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təmir işləri çərçivəsində binanın fasadı, divarları, tamaşa zalı, səs və işıq sistemləri yenilənəcək.

On il əvvəl istifadəyə verilən “Yaşıl teatr” həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılıb. Teatrın tamaşa zalı 1000 nəfərlikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.