ELM VƏ TƏHSİL
Qubada “Yay liderlik məktəbi” təşkil olunacaq
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzinin və “Yurd” Gənclərin İntellektual İnkişafı İctimai Birliyinin dəstəyi ilə avqustun 1-dən Qubada “Gələcəyin qurucuları” adlı II “Yay liderlik məktəbi”nə start veriləcək.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, liderlik məktəbi düşərgə formatında 7 gün davam edəcək. Layihə çərçivəsində ADPU, onun tarixi və fəaliyyəti haqqında tələbələrə, xüsusi ilə də region filiallarında təhsil alanlara ətraflı məlumat veriləcək. Habelə Tələbə Gənclər Təşkilatı və onun strukturu haqqında maarifləndirmə işləri aparılacaq. Layihədə yalnız I-II-III tədris ili tələbələri, eləcə də yeni qəbul olmuş tələbələrin iştirakı mümkündür.
İştirak etmək istəyənlər qeydiyyat formasını doldurduqdan sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Bu mərhələni uğurla başa vuran şəxslər layihədə iştirak hüququ qazanacaqlar. Qeydiyyat iyulun 25-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]