CƏMİYYƏT


Qubada atasını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 9-da Quba rayonunun Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Quba Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu Rəvan Ramazanovun yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürdüyü müəyyən olunub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.