REGİONLAR


Qubada avtomobillə kanala aşan gəncin meyiti tapıldı

Quba, 1 iyul, Elxan Yusifli, AZƏRTAC

İyunun 27-də avtomobilin Samur-Abşeron kanalına aşması nəticəsində suda boğulan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunun Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batan R.Əmirovun meyiti kanalın Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.