REGİONLAR


Qubada avtomobillə kanala düşən iki nəfər xilas edilib VİDEO

Quba, 29 iyun, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Mirzəməmməd kəndində “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi 6 metr olan suvarma kanalına düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin vaxt 2 nəfər avtomobilin içərisində köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü, 1948-ci il təvəllüdlü Malik Ağakərimov və sərnişini, 1953-cü il təvəllüdlü Leyla Ağakərimovanı avtomobildən çıxarıblar.

Əraziyə cəlb olunan təcili tibbi yardım briqadası hər iki şəxsə ilkin tibbi yardım göstərib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.