REGİONLAR


Qubada avtoxuliqanlıq edən gənclər saxlanılıb VİDEO

Quba, 16 may, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan iki sürücünü saxlayaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə saxlanılan şəxslərin - Quba rayon sakinləri Fərid Rzayev və Ramazan Sərkərovun müxtəlif vaxtlarda rayonun küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri, eləcə də rayon ərazisində bir-biri yarışaraq qəza şəraiti yaratdıqları məlum olub.

“VAZ 21015” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.

Hər iki sürücü Quba Rayon Məhkəməsi tərəfindən bir ay müddətində inzibati qaydada həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.