REGİONLAR


Qubada baş verən avtoqəzada piyada ölüb

Quba, 7 iyul, Elxan Yusifli, AZƏRTAC 

İyulun 7-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mahir Yadigarov idarə etdiyi 10 ML 918 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə piyada 1956-cı il təvəllüdlü Ağarzayev Şakir Cərulla oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.