REGİONLAR


Qubada baş verən qəzada iki nəfər xəsarət alıb VİDEO

Quba, 16 fevral, Elxan Yusifli, AZƏRTAC 

Fevralın 16-sı günorta saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Quba rayonu Paşaoba kəndi ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayon sakini Ağanur Mazayevin idarə etdiyi “QAZel” markalı yük avtomobili əks istiqamətdən gələn Quba şəhər sakini Amil Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü Amil Xəlilov və sərnişini təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.