REGİONLAR


Qubada çaya aşan ekskavatorun sürücüsünün axtarışlarına əlavə qüvvələr cəlb olunub

Quba, 8 fevral, Elxan Yusifli, AZƏRTAC 

Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücünün axtarışlarına əlavə qüvvələr cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 7-si səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində ekskavatorçu, Şabran rayon sakini Vüqar Qasımovun suya düşdüyü və ya çayın sahilindən qopan torpaq layının altında qaldığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu V.Qasımovun itkin düşdüyü ərazidəki su hövzəsində axtarışlar həyata keçirir.

Axtarışların sürətləndirilməsi üçün su hövzəsinin nasoslar vasitəsilə boşaldılmasına başlanılıb.

Vüqar Qasımov ailəlidir, üç övladı var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.