REGİONLAR
Qubada çaya aşan ekskavatorun sürücüsünün cəsədi aşkarlanıb
Quba, 21 fevral, Elxan Yusifli, AZƏRTAC
Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücü Vüqar Qasımovun cəsədi aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu mərhumun cəsədini itkin düşdüyü ərazidəki su hövzəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.
Ekskavatorçunun meyitini su hövzəsini nasoslar vasitəsilə qismən boşaltdıqdan sonra tapmaq mümkün olub.
Xatırladaq ki, ekskavatorçu, Şabran rayon sakini Vüqar Qasımov fevralın 7-si səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində suya düşmüşdü.
Vüqar Qasımov ailəli idi, üç övladı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]