REGİONLAR


Qubada daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birgə Qubada kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlakın təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlığı, o cümlədən kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.

Təlimdə, həmçinin reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkünlüyü və digər xüsusiyyətlər də qeyd edilib.

Qeyd edək ki, noyabrın 27-də reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, sistemə daxil edilmiş bildirişlərin sayı isə 28 mindən çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.