REGİONLAR


Qubada dələduzluq edən şəxs dörd nəfərin 43 min manatdan çox pulunu mənimsəyib

Quba, 23 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Qubada dələduzluq yolu ilə 4 nəfərin ümumilikdə 43 min manatdan çox vəsaitini mənimsəyən şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə 3 nəfər şəhər sakinini aldadaraq dələduzluq yolu ilə onların, ümumilikdə, 41 min 500 manat pullarının alınması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən dələduzluğu törətməkdə şübhəli bilinən İ.Xuraminicatın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir qadını aldadaraq 1542 manatını alması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.