CƏMİYYƏT


Qubada əcnəbi vətəndaşın pulqabısını açıq talama yolu ilə alan şəxs yaxalanıb

Bakı, 6 may, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi qısa müddətdə müəyyənləşdirərək saxlayıblar. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum edilən Rauf Tahirov olduğu müəyyənləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.