CƏMİYYƏT


Qubada əlilliyi olan şəxslərə hüquq və sosial xidmətlər göstərilməsi barədə məlumat verilib

Bakı, 11 iyul, AZƏRTAC

“Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” layihəsi ilə əlaqədar Quba rayonunun Alpan və Vəlvələ kəndlərində əlilliyi olan şəxslərə hüquqi xidmətlər göstərilməsi məqsədilə seminar–təlimlər keçirilib. Təlimlər Əlil Təşkilatları İttifaqı “Universal dizayn” Əlillik Adaptasiya Avadanlıqları Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə əməkdaşlıq şəraitində aparılıb.

Əlil Təşkilatları İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminar-təlimlərdə həmin kəndlərdən olan 52 nəfər əlilliyi olan şəxs iştirak edib. Təlim iştirakçılarına hüquqi biliklərə yiyələnmək və sosial xidmətlərdən istifadə olunması yolları izah edilib, onlara müraciət qaydaları və ünvanları barədə məlumatlar verilib. Layihə çərçivəsində növbəti mərhələdə həmin təbəqədən olanlara səyyar hüquqi xidmətlər göstəriləcək.

Qeyd edək ki, layihənin Quba, İsmayıllı və Bərdə rayonlarında həyata keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.