REGİONLAR


Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb

Quba, 21 may, Elxan Yusifli, AZƏRTAC

Qubada ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb. Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalılıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.

Birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırılıb. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.

Açıq havada təşkil olunan mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.

Bayram tədbirində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan stendlər qurulub.

Çıxış edənlər “Oxu bayramı”nın əhəmiyyətindən danışaraq bildiriblər ki, müsabiqənin keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.

Tədbirdə kitablara həsr olunmuş kompozisiya və konsert proqramı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.