REGİONLAR


Qubada ənənəvi Alma bayramının keçiriləcəyi tarix müəyyənləşib

Quba, 7 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada ənənəvi Alma bayramının keçiriləcəyi gün müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Alma bayramı oktyabr ayının 12-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.

Rayon icra hakimiyyətindən bildirilib ki, bayrama hazırlıq işləri yekunlaşmaq üzrədir. 2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.

Alma bayramında adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxləri və həyat tərzi əks olunacaq.

Bayram tədbirində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.