REGİONLAR


Qubada evdən pul oğurlayan şəxs saxlanılıb

Quba, 30 iyul, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisəsinin Şabran rayonunun Gəndob kənd sakini Kamran Nurəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək Timiryazev qəsəbəsindəki evlərin birindən 460 manat məbləğində pul vəsaitini oğurlaması məlum olub.

Həmin şəxsin digər cinayətlərdə də iştirakının müəyyən olunması ilə bağlı Quba Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.