CƏMİYYƏT


Qubada evdən seyf oğurlayan şəxslər saxlanılıblar VİDEO

Bakı, 16 iyul, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinə müraciət edən şəxs ona məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid evə girərək oradan içərisində 125 min manat və 10 min 310 dollar olan seyfi oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.