REGİONLAR


Qubada karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlanıb VİDEO

Quba, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Akif Babayev, orada çalışan 2 işçi və 8 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib.

Həmin şəxslər barəsində cərimə protokolları tərtib olunub və qoyulmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Görülən digər tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası da aşkarlanıb. Obyektin fəaliyyəti dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.