CƏMİYYƏT
Qubada keçirilən seminarda məişət zorakılığı ilə mübarizə yolları müzakirə edilib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Quba Dövlət Sosial İqtisadi Kollecində "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda seminar keçirilib.
AZƏRTAC komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, kollecin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Qeyd olunub ki, bu problemin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. O da vurğulanıb ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi Azərbaycan dövlətinin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın sifarişi ilə nəşr olunan dini maarifləndirici ədəbiyyatlar tələbələrə hədiyyə olunub.