CƏMİYYƏT


Qubada korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin öyrənilməsinə dair seminar-müşavirə keçirilib

Bakı, 23 noyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Antikorrupsiya idarəetmə standartları – korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, seminar “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamının icrası çərçivəsində reallaşıb.

Seminar-müşavirədə aidiyyəti təşkilat və orqanların əməkdaşları, “ASAN xidmət” və QHT nümayəndələri iştirak ediblər.

Korrupsiyaya qarşı idarəetmə sisteminin və qabaqlayıcı tədbirlərin öyrənilməsinə həsr olunan tədbirdə dünya ölkələrində korrupsiyaya qarşı tətbiq olunan idarəetmə sistemləri, mövcud standartlar, həmçinin Azərbaycan dövlətinin antikorrupsiya siyasətinin əsas strateji xətti barədə məlumat verilib. Eləcə də ölkədə korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması və digər preventiv tədbirlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə müzakirələr aparılıb.

Seminar iştirakçılarına nazirlik tərəfindən yeni hazırlanmış “Korrupsiyaya qarşı mübarizəyə dair normativlər” kitabı paylanılıb. Həmçinin Azərbaycanda vəzifəli şəxslər tərəfindən korrupsiya cinayətlərinin törədilməsinə dair bir sıra əməliyyat çəkilişləri göstərilib. Sonra korrupsiyanın qarşısının alınması və buna görə qanunla müəyyən olunmuş məsuliyyət və tələblər dövlət qulluqçularının və tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.