REGİONLAR


Qubada məktəblilər narkomaniyanın fəsadları barədə maarifləndiriliblər

Quba, 28 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 1-ci Nügədi kənd tam orta məktəbində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, veteranlar, rayon icra hakimiyyətinin nümayəndəsi, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə ətraflı məlumatlar veriblər.

Ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələri dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarxa baxılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.