REGİONLAR


Qubada məktəblilərin uşaq hüquqları haqqında çəkdiyi rəsm əsərlərindən ibarət sərgi açılıb

Quba, 6 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində açılan sərgidə şagirdlərin ailədə uşaq hüquqlarını əks etdirən 50-dən çox rəsm əsəri nümayiş olunub.

Sərginin açılış mərasimində bildirilib ki, aylıq çərçivəsində keçirilən tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunub və uğurla həyata keçirilir.

Sərgi çərçivəsində şagirdlər uşaq hüquqlarını əks etdirən səhnəciklər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.