REGİONLAR
Qubada məsciddən xalçaları oğurlayan qadın saxlanılıb VİDEO
Quba, 29 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada məsciddən xalçaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən məscidlərin birindən bir neçə xalçanın oğurlanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaların Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.
İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, xalçaları gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda oğurladığını bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]