REGİONLAR
Qubada meşəlik ərazidə itkin düşən 6 yaşlı uşağın axtarışları davam etdirilir VİDEO
Quba, 29 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Əski İqrıq kəndində itkin düşən 6 yaşlı uşağın axtarışları davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Quba şəhər sakini Əliyev Natiq Namiq oğlu avqustun 28-də saat 16:00 radələrində dağlıq və meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində olarkən itkin düşüb. Yaxınlarının, kənd sakinlərinin və polis əməkdaşlarının ərazidə axtarış aparmasına baxmayaraq, həmin gün 6 yaşlı Natiq Əliyevi tapmaq mümkün olmayıb. Gecə saatlarında aparılan axtarışlar hazırda da davam etdirilir. Əməliyyata Quba Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları da cəlb olunub.
Uşağın atası Namiq Əliyevin bildirdiyinə görə, istirahət mərkəzinə yaxın qohumlarının xınayaxdı mərasimində iştirak etmək üçün gəliblər.