REGİONLAR


Qubada minifutbol üzrə rayon turnirinin qalibləri müəyyənləşib

Quba, 11 may, Elxan Yusifli, AZƏRTAC

Qubada ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, futbol turniri Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və Quba rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Mayın 10-da keçirilən final oyununda “Elsad Shisha Group” və “Quba İnşaat” komandaları qarşı-qarşıya gəlib. 3-2 hesabı ilə qalib gələn “Elsad Shisha Group” komandası turnirin qalibi olub. “Quba İnşaat” komandası II, “Maqnit” komandası isə III yerə sahib çıxıb.

Turnirin sonunda qalib komandalar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.