REGİONLAR


Qubada müəllim və şagirdləri koronavirusa yoluxan iki məktəbdə əyani təhsil dayandırılıb

Quba, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunda daha iki məktəb koronavirusa görə distant təhsilə keçib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 12-dən rayonun Bayram Şıxəmirov adına Zərdabi kənd tam orta məktəbi və Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirusa yoluxma faktı qeydə alındığı üçün tədrisin distant formada davam etdirilməsi barədə qərar qəbul olunub.

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, şagirdlər dərslərini distant formada davam etdirəcəklər. Məktəblərdə müəllimlər və şagirdlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Hazırda məktəbdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.

Sentyabr ayında Quba rayonun Qamqam kənd orta məktəbində də 7 müəllim və bir texniki işçinin koronavirusa yoluxması səbəbindən əyani tədris dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.