REGİONLAR


Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Quba, 11 may, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinini saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxs rayonun Birinci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Məzahir Ağammədovdur.

RPŞ-nin əməkdaşları tərəfindən Məzahir Ağammədovun üzərinə keçirilən baxış zamanı 400 qrama yaxın qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.

M.Ağammədov narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.