REGİONLAR
Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Quba, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan rayon sakini Aydın Mehrəliyevin yaşadığı evə baxış zamanı oradan çəkisi 190 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki yeniyetmə də saxlanılıb. Onların üzərinə baxış zamanı 0,765 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]