REGİONLAR


Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Quba, 4 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılan şəxs rayonun Zizik kənd sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Fəxrəddin Şəfiyevdir.

Fəxrəddin Şəfiyevin üzərində keçirilən şəxsi baxış zamanı ondan 3 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və evin zirzəmisindən sellofan torbada ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.