REGİONLAR


Qubada oğurluq edən rayon sakini saxlanılıb VİDEO

Quba, 21 avqust, Elxan Yusifli, AZƏRTAC 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən bir dülgər sexindən və bir avtomobil təmiri sexindən elektrik generatoru, rəndə, mühərrik və digər usta alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Əli Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də müəyyən olunub. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan alət və avadanlıqların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.