REGİONLAR


Qubada piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Quba, 24 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Sentyabrın 24-də Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib. "Hyundai" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan piyada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.