REGİONLAR


Qubada polis əməkdaşları çayı keçərkən köməksiz vəziyyətdə qalan kənd sakinlərinə yardım ediblər

Quba, 16 iyun, Elxan Yusifli, AZƏRTAC

Qubada polis əməkdaşları çayı keçərkən köməksiz vəziyyətdə qalan kənd sakinlərinə yardım ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qonaqkənd kəndinin sakini İlqar Rüstəmov “Niva” markalı avtomobillə Vəlvələ çayını keçərkən selin cəngində aciz qalıb. Kömək üçün müraciət etdiyi ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd polis bölməsinin əməkdaşları yerli sakinə yardım ediblər. Polis əməkdaşları İlqar Rüstəmovun avtomobilini xidməti avtomobillərinə qoşaraq çaydan çıxarıblar.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları kəndin eyni aqibətlə üzləşən Nurbala adlı yaşlı sakininə də yardım ediblər. Çaydan keçərkən avtomobili xarab olaraq suda qalan yaşlı sakin polislərin köməyi ilə ərazidən çıxarılıb.

Dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları təbiət hadisələri zamanı yollarda çətinə düşənlərin təxliyəsi, evlərinə çatmaları üçün köməklərini əsirgəmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.