REGİONLAR


Qubada professor Fərman Quliyevin 85 illik yubileyi qeyd olunub

Qubada, 25 may, Elxan Yusifli, AZƏRTAC

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyevin 85 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə institutun direktoru İlham Qurbanlı çıxış edərək Fərman Quliyevin respublikada çayçılıq sahəsindəki fəaliyyətindən danışıb və yubilyarı təbrik edib. Bildirilib ki, professor Fərman Quliyev 350-dən çox elmi əsərin, 30-dan çox kitabın, 7 monoqrafiyanın, 2 müəlliflik şəhadətnaməsinin, 1 ixtiranın, 5 səmərələşdirici təklifin və s. müəllifidir. Son 20 ildə 70-dən çox elmi əsəri əsasən xaricdə - Moskva, Tehran, Tbilisi, Kiyev, Nursultan, Buxarest, Belqrad, Soçi, Kutaisi və s. şəhərlərdə dərc edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova F.Quliyevin həyat və elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Respublikada aqrar sektorda, xüsusilə çayçılıq sahəsində xidmətləri, institutun fəaliyyətində səmərəli fəaliyyəti nəzərə alınaraq 85 illik yubileyi münasibəti ilə F.Quliyevə institutun Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.

Fərman Quliyev hazırda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialının çay və sitrus bitkilərinin seleksiyası şöbəsinin baş elmi işçi vəzifəsində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.