REGİONLAR


Qubada qanunsuz ağac kəsən şəxslər saxlanılıb VİDEO

Quba, 16 yanvar , Elxan Yusifli, AZƏRTAC 

Quba rayonu ərazisində meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayonun İsnov kəndi ərazisindəki meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayevi və Əkbər Kərimovu saxlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi Əkbər Kərimovun köməyi ilə meşə massivindəki yaş gövdəli ağacı kəsərək, özünə məxsus “Qaz 66” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.