CƏMİYYƏT


Qubada qanunsuz yolla əldə edilmiş fıstıqcinsli meşə materialı aşkarlanıb

Bakı, 25 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə reydlər keçirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti reyd zamanı Quba rayonunun Əski İqriq kəndi ərazisində “QAZel” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 kubmetr həcmində fıstıqcinsli girdə içlik meşə materialı aşkarlanıb.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat ziyana görə cərimə tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.