REGİONLAR


Qubada qardaşının pullarını oğurlayan şəxs saxlanılıb VİDEO

Quba, 14 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada qardaşının evindən 1200 manata yaxın pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Səbətlər kənd sakini Alim İsmayılov rayon polis şöbəsinə (RPŞ) müraciət edərək, evindən 1198 manat pulunun oğurlandığı barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.