REGİONLAR
Qubada qızıl-zinət əşyaları oğurlayan gənc saxlanılıb VİDEO
Quba, 19 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Bağbanlı kəndində evdən qızıl-zinət əşyaları oğurlayan şəxsi saxlayıb. Araşdırmalarla onun həmin kəndin sakini 19 yaşlı Raman Mirzəyev olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, R.Mirzəyevin törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birindən zinət əşyaları oğurlayıb.
Dindirilmə zamanı R.Mirzəyev törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.