REGİONLAR


Qubada qonşusunun evindən 18 min manat və 790 min rus rublu oğurlayan şəxs saxlanılıb VİDEO

Quba, 13 fevral, Elxan Yusifli, AZƏRTAC 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları cari ilin əvvəlində rayonun Vəlvələ kəndində yerləşən evlərin birindən 18 min manat və 790 min rus rublu oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs Vəlvələ kənd sakini Elşad Əhmədəliyevdir.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Əhmədəliyev əvvəlcədən qonşusuna məxsus evə qanunsuz daxil olaraq oradan oğurluq törətməyi planlaşdırıb. Yanvar ayının 1-də gecə saatlarında sahibinin evdə olmadığından istifadə edən E.Əhmədəliyev bu planını reallaşdırıb. Zərərçəkmişə məxsus evə qanunsuz daxil olaraq ikinci mərtəbədə yerləşən otağın qapısını qırmaqla oradan külli miqdarda pulu oğurlayıb.

Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes-Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev, pulun qalanını restoran və əyləncə mərkəzlərində xərcləyib.

Pulun xeyli miqdarı isə saxlanılan zaman həmin şəxsdən maddi sübut kimi götürülüb. Bundan əlavə, onun idarə etdiyi avtomobildən oğurluq hadisəsi zamanı istifadə etdiyi qara rəngli maska, əlcək, vintaçan və kəlbətin, həmçinin soyuq silah olan beşbarmaq aşkarlanaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.