REGİONLAR


Qubada şəhidlərin adını daşıyan küçələrin asfaltlanmasına başlanılıb

Quba, 29 iyun, Elxan Yusifli, AZƏRTAC

Qubanın İkinci Nügədi kəndində Vətən müharibəsi şəhidlərinin adı verilən küçələrin asfaltlanmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənddə dörd küçəyə Vətən müharibəsi şəhidləri Lətifov Eynulla Niyətulla oğlu, Mikayılov Rahim Qalib oğlu, Xeyrullayev Cəlil Mürvət oğlu və Salıyev Əfsan İlkin oğlunun adları verilib.

Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırda həmin küçələrin abadlaşdırlması, genişləndirilməsi və asfalt döşənməsi işləri həyata keçirilir. Asfalt döşənəcək dörd küçənin ümumi uzunluğu 2770 metrdir.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev İkinci Nügədi kəndində abadlıq, yenidənqurma və asfaltlama işlərinin gedişi ilə tanış olub. Şəhid ailələri və kənd sakinləri ilə görüşdə bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz torpaqlarımızı qanları, canları bahasına azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.