Qubada sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb VİDEO
AzerTAg.az
Quba, 18 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 18-də Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Bakı-Qusar marşrutu ilə hərəkət edən sərnişin avtobusu “Nissan X-Trail” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “Nissan X-Trail” in sürücüsü hadisə yerində ölüb, avtobusda olan 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan 6 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilib.
Hadisə baş verən vaxt avtobusda 28 sərnişin olub.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin mətnində orfoqrafik səhv var