CƏMİYYƏT


Qubada sex sahibi meşə materialını qanunsuz əldə etdiyinə görə cərimələnib

Bakı, 12 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş, həcmi 4,7 kubmetr olan fıstıqcinsli meşə materialı aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində ziyan tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.